ABŞ Prezidenti Cozef Baydenin Mərkəzi Asiyadan olan həmkarları ilə gözlənilən görüşü heç bir ölkəyə qarşı yönəlməyib və pozitiv gündəmə malikdir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Baydenin müşaviri bildirib ki, görüşün yekununda birgə iş sahələrini müəyyənləşdirən bəyanatın qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, gələn həftə Nyu-Yorkda ABŞ, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentlərinin iştirakı ilə tarixdə ilk dəfə C5+1 sammiti keçiriləcək.
Bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın ikinci yarısında Birləşmiş Ştatlarda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında şəxsən iştirak etmək niyyətindədir. Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov qeyd edib ki, bu il “Mərkəzi Asiya+ABŞ” forumu ən yüksək səviyyədə keçirilməlidir.