Qəzza zolağında atəşkəsə nail olmaq Livandakından daha çətindir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşündən sonra deyib.
"Livanda atəşkəsə nail olmaq mümkündür, lakin Qəzzada bu, bir qədər çətin olacaq", - Bayden bildirib.
Qeyd edək ki, oktyabrın 18-də Berlində ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında görüş baş tutub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.