Bayden F-16-da ukraynalı pilotlara təlim keçməyə razılıq verib

Bayden F-16-da ukraynalı pilotlara təlim keçməyə razılıq verib ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək barədə razılığını təsdiqləyib.
Digər ölkələr
21 May , 2023 15:01
Bayden F-16-da ukraynalı pilotlara təlim keçməyə razılıq verib

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək barədə razılığını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ağ evin rəhbəri “G7” sammitində mətbuat konfrası zamanı bildirib.

“Zelenskiyə dedim ki, ukraynalı pilotlar dördüncü nəsil təyyarələrdə, o cümlədən F-16-da təlim keçəcəklər ki, Ukrayna özünü qoruya bilsin”, - ABŞ-nin dövlət başçısı diqqətə çatdırıb.

Xatırladaq ki, Ukrayna tərəfdaşlarını müasir təyyarələrin, o cümlədən F-16 qırıcılarının tədarükü üçün aviasiya koalisiyası yaratmağa çağırır. Müttəfiqlər, ilk növbədə, ABŞ hava hücumundan müdafiə sisteminin təmin edilməsinin vacibliyini qeyd edərək F-16-nın Ukraynaya ötürülməsi ehtimalını istisna edib.

Lakin son vaxtlar bir neçə Avropa ölkəsi aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildiriblər və ABŞ Prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlayıb. Kimin, nə vaxt və neçə təyyarənin təmin edəcəyi hələlik məlum deyil.

Bununla belə, rəsmi Kiyev koalisiya yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların bu ilin payızında Ukraynada peyda ola biləcəyinə eyham vurub.

Son xəbərlər

Orphus sistemi