Banqladeşin paytaxtında baş verən iğtişaşlarda azı 50 nəfər xəsarət alıb
Digər ölkələr
- 17 noyabr, 2025
- 23:43
Banqladeşdə sabiq baş nazir Şeyx Həsinəyə ölüm hökmünün elanından sonra baş verən iğtişaşlarda azı 50 nəfər, o cümlədən polis əməkdaşları və hərbçilər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.
İğtişaşlar Dəkkədə başlayıb. Burada Şeyx Həsinənin atası – respublikanın qurucusu hesab edilən Şeyx Mucibur Rəhmanın keçmiş iqamətgahı yerləşən muzey var.
Müxtəlif universitetlərin yüzlərlə tələbəsi muzey binasını sökmək niyyətində olduqlarını bildiriblər. Onlar iki buldozer gətiriblər. Polis aksiya iştirakçılarının muzey ərazisinə daxil olmasına mane olmaq üçün baryerlər qurub. Kütləni dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.
Son xəbərlər
21:00
Nazir müavini: Bakı-Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir
Mədəniyyət siyasəti20:59
Qusarda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə20:40
Gürcüstan Prezidenti: Sülh siyasəti və vahid birgəyaşayış əsas məqsədimizdir
Region20:17
Zelenski, Vittkoff və Mertsin Berlində görüşü başlayıb
Digər ölkələr20:00
Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvanda səfərdədir
Xarici siyasət19:47
Foto
Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılışı olub
Mədəniyyət siyasəti19:38
Kavelaşvili: Gürcüstan Aİ-nin böhranına baxmayaraq, Avropanın bir hissəsi olmaq istəyir
Region19:25
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol19:11