Bakı. 14 dekabr. REPORT.AZ/ Yaponiyada hazırki Baş nazir Shinzo Abenin Liberal Demokrat Partiyası parlament seçkilərində qalib gəlir.
"Report" Azadlıq Radiosu-na istinadən xəbər verir ki, exit polların nəticələrinə görə, Abe-nin partiyasi ilə koalisiya tərəfdaşı olan Komeito partiyası səslərin 2/3-sini qazanıb.
Yaponiyada güclü qar yağdığından seçkilərdə iştirak zəif olub. Axşam 6-ya qədər Tokyoda seçicilərin ancaq 35%-i seçkiyə qatılıb.
2 il əvvəl Baş nazir vəzifəsinə gələn Baş nazir Shinzo Abe yeni iqtisadi proqramını – Abeekonomiksi həyata keçirmək üçün mandatını təzələmək üçün yeni seçkilər təyin eləmişdi.
Abe hakimiyyətə gələndən sonra milli valyutanın uzulaşması ilə ixracat artmış, birjalarda şirkətlərin səhmləri bahalanmış və bir çox şirkətlər gəlirlərini artırmışdı. Ancaq bu ilin aprelində Əlavə Dəyər vergisinin artırılmasından sonra Yaponiya iqtisadiyyatında durğunluq hökm sürür.