Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
Digər ölkələr
- 17 sentyabr, 2025
- 18:07
Avropa Komissiyası kollegiyasının bu gün keçirilən iclasında təsdiqlənən fərdi sanksiyalar təklifləri arasında HƏMAS-ın siyasi bürosunun 10 üzvü var.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Onların arasında həm Qəzza və Qərb sahilində, həm də digər ölkələrdə olan şəxslər var.
Avropa Komissiyasının izahına görə, bu cür sanksiyalar həm onların əmlakının və digər aktivlərinin dondurulmasına, həm də ittifaq ərazisinə girişin qadağan edilməsini əhatə edir.
HƏMAS daha əvvəl Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.
Qərar qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir.
Son xəbərlər
16:55
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni məğlub edib
Futbol16:53
Naxçıvanda ər və arvad dəm qazından boğularaq ölüb
Hadisə16:50
Gürcüstan XİN ölkənin QDİƏT-ə sədrliyi dövründə prioritetlərini açıqlayıb
Region16:39
Türkiyənin 28 şəhərində FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Region16:35
Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün şəraitin qısa zamanda yaradılacağına inanırıq - MÜSAHİBƏ
Xarici siyasət16:21
İsveçdə Rusiya bayrağı altında üzən gəmi yoxlanılır
Digər ölkələr16:18
17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
Komanda16:07
Fransa Putin və Makron arasında danışıqların aparılması imkanını nəzərdən keçirəcək
Digər ölkələr15:55
Foto