Türkiyə xilasediciləri Antalyada kanat yolunda qəza zamanı ilişib qalanların hamısını təxliyə ediblər.
"Report"xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Yerlikaya xilasetmə əməliyyatının tamamlandığını vurğulayıb.
Eyni zamanda, ədliyyə naziri Yılmaz Tunç hadisənin araşdırılması çərçivəsində 13 şübhəlinin saxlanıldığını bildirib. Bunların arasında kanatın istismarına cavabdeh olan şirkətin işçiləri də var.
Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.
Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb olunub.