Almaniyanın XİN rəhbəri: “NATO həmişə müdafiə ittifaqı olaraq qalacaq”

Almaniyanın XİN rəhbəri: “NATO həmişə müdafiə ittifaqı olaraq qalacaq” Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, NATO-nun fəaliyyəti həmişə müdafiə xarakterli olacaq.
Digər ölkələr
15 May , 2022 12:18
Almaniyanın XİN rəhbəri: “NATO həmişə müdafiə ittifaqı olaraq qalacaq”

Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, NATO-nun fəaliyyəti həmişə müdafiə xarakterli olacaq.

“Report” xəbər verir ki, o, bu barədə Berlində Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərlə söhbətində bildirib.

“NATO müdafiə ittifaqıdır və həmişə belə qalacaq. 24 fevraldan sonra (Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra - Red) dünya dəyişib və o vaxtdan bəri NATO başqa məna kəsb edir. Biz NATO tərəfdaşları olaraq açıq şəkildə bildiririk ki, qapılarımız təhlükəsizlik sahəsində dəstəyə ehtiyacı olanlara açıqdır”, - XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlsələr, onların qəbulu prosesi çox sürətli olmalıdır.

Son xəbərlər

Orphus sistemi