Almaniyada son iki ildə 13 nəfər irqçi hücumun qurbanı olub

Almaniyada son iki ildə 13 nəfər irqçi hücumun qurbanı olub İrqçi hücuma məruz qalanlar arasında Türkiyə vətəndaşları birinci yerdə durur
Digər ölkələr
3 May , 2021 09:12
Almaniyada son iki ildə 13 nəfər irqçi hücumun qurbanı olub

Almaniyada son iki ildə 13 nəfər irqçi və siyasi motivli hücumun qurbanı olub.

“Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən aldığı məlumatda deyilir ki, hazırda davam edən 408 cinayət işinin 186-sı irqçi, 63-ü radikal dini, 18-i isə, solçu qruplara aiddir.

Nazirliyin məlumatında qeyd edilir ki, bu qruplara qarşı mübarizə bütün ölkəboyu ən üst səviyyəyə çıxarılıb.

“Bunun nəticəsidir ki, Verner S. adlı irqçi şəxslə əlaqəli olan 12 nəfər məscidlərə, sineqoqlara və tanınmış siyasətçilərə qarşı hücum hazırlığında olduqları zaman yaxalanıblar. Bir başqa qrup isə dini ibadət yerləri və siyasətçilərə göndərdikləri təhdid məktublarına görə saxlanılıb. Onların hazırda həbsdə olan Nasional Sosialist Yeraltı (NSU) təşkilatının üzvləri ilə əlaqədə olduğu öyrənilib”,- nazirliyin məlumatında qeyd edilib.

Keçən il Almaniyada yaşayan Türkiyə vətəndalarına qarşı irqçi hücumların sayıda 2019-cu illə müqayisədə 53,7% artış qeydə alınıb. Nazirliyin məlumatında qeyd edilib ki, irqçi hücuma məruz qalanların vətəndaşlıq mənsubiyyətinə görə Türkiyə vətəndaşları birinci yerdə durur. Belə ki, keçən il 389 Türkiyə vətəndaşı irqçi və siyasi motivli hücuma məruz qalıb.

Son xəbərlər

Orphus sistemi