Almaniya Çexiyaya “Leopard 2A4” tankları vermək niyyətindədir
Digər ölkələr
- 21 fevral, 2024
- 21:31
Rəsmi Praqa Ukraynaya hərbi yardıma görə təşəkkür olaraq Berlindən 15 ədəd “Leopard 2A4” tankı ala bilər.
“Report”un məlumatına görə, bu barədə jurnalistlərə Çexiyanın baş naziri Petr Fiala bildirib.
“Çexiya Ukraynaya kömək etdiyinə görə təşəkkür kimi, Almaniyadan hədiyyə olaraq daha 15 ədəd “Leopard 2A4” tankı ala bilər”,-deyə, o bildirib.
Qeyd edək ki, rəsmi Berlin əvvəllər də Kiyevə göndərilən zirehli texnikanın əvəzi olaraq 14 ədəd belə tankı Çexiyaya təhvil verib.
Çexiya Ukraynaya, o cümlədən, 62 tank, 131 piyada döyüş maşını, 6 helikopter və 16 hava hücumundan müdafiə sistemi təhvil verib. Bu ölkəni dəstəklədiyinə görə respublika ümumilikdə 19 milyard kron (təxminən 900 milyon dollar) məbləğində təzminat alıb.
Son xəbərlər
21:44
ABŞ Karib dənizində "Aquila II" tankerini saxlayıb
Digər ölkələr21:42
Fidan: ABŞ ilə İran arasında ani savaş təhlükəsi yoxdur
Region21:29
Ermənistan Prezidenti İrəvanda Cey Di Vensi qəbul edib
Digər ölkələr21:27
Kurban Berdıyev: "Kəpəz"lə matçda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm"
Futbol21:26
Foto
Azərbaycanla ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edilib
İKT21:14
Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir
Xarici siyasət21:10
ABŞ Ermənistana 11 milyon dollarlıq müşahidə dronları satdığını elan edib
Region21:10
"Karvan-Yevlax"ın baş məşqçisi: "Futbolçularımız "Turan Tovuz"la matçda lazımı qədər güc sərf etdilər"
Futbol21:09