Aleksandar Vuçiç: Serbiyada növbədənkənar parlament seçkiləri təxirə salınmayacaq
- 06 fevral, 2026
- 16:36
Serbiya Prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərinin təxirə salınmayacağını bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya Prezidenti bunu Mladenovatsdakı yenidən təmir olunmuş gimnaziya binasına baxışdan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, seçkilər ilin sonuna qədər keçiriləcək və səsvermənin təxirə salınması barədə söhbətləri spekulyasiya adlandırıb:
"İnsanlar bilirlər ki, mən pensiyaların artırılacağını elan edəndə, bu, mütləq baş verir. Seçkilərlə bağlı da eyni olacaq. Etirazlara və nəticələrin tanınmamasına gəldikdə isə, bəziləri başa düşmür ki, onların dövrü keçib və bu məsələ artıq bağlanıb".
O, siyasi rəqiblərinə xitabən sual edib ki, hakimiyyət seçkilərdə qələbə elan edərsə, nəticələri tanımayacaqlarını bildirənlər dəqiq nə etməyi düşünürlər:
"Biz dəqiq nəticələrlə çıxış edəndə həmin gecə nə edəcəksiniz? Hamılıqla seçkilərin başa çatdığını elan edəcəyik, sonra siz nə edəcəksiniz?"