AK rəhbəri: Aİ-nin ABŞ-nin tariflərinə qətiyyətli cavabı üçün vasitələri var

AK rəhbəri: Aİ-nin ABŞ-nin tariflərinə qətiyyətli cavabı üçün vasitələri var Avropa İttifaqının (Aİ) ABŞ-nin Avropa məhsullarına tətbiq etdiyi 200 % tariflərinə cavabı həlledici olacaq, birlik bunun üçün bütün lazımi vasitələrə malikdir.
Digər ölkələr
28 mart 2025 06:16
AK rəhbəri: Aİ-nin ABŞ-nin tariflərinə qətiyyətli cavabı üçün vasitələri var

Avropa İttifaqının (Aİ) ABŞ-nin Avropa məhsullarına tətbiq etdiyi 200 % tariflərinə cavabı həlledici olacaq, birlik bunun üçün bütün lazımi vasitələrə malikdir.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen LCI telekanalının efirində deyib.

"Biz aydın və qəti şəkildə cavab verəcəyik. Biz öz maraqlarımızı qoruyacağıq, lakin bizim məqsədimiz ABŞ ilə danışıqlar aparmaqdır", - o deyib.

Fon der Lyayenin sözlərinə görə, Aİ Vaşinqtonun addımlarına eyni şəkildə cavab vermək üçün vasitələrə malikdir. O, heç bir əlavə təfərrüat verməyib.

Buna baxmayaraq, AK rəhbəri ümid etdiyini bildirib ki, Brüssel və Vaşinqton danışıqlar yolu ilə kompromis əldə edə biləcəklər. "Bizə danışıqlar yolu ilə əldə edilən balanslaşdırılmış həll lazımdır", - AK rəhbəri vurğulayıb. Onun sözlərinə görə, bu, hamı üçün ən yaxşısı olacaq.

Son xəbərlər

Orphus sistemi