Aİ Suriyaya qarşı sanksiya siyahısına üç naziri daxil edib
Digər ölkələr
- 25 noyabr, 2024
- 23:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Suriyada vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların qara siyahısına daha üç suriyalı rəsmini əlavə edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, sanksiyalar daxili ticarət və istehlakçıların hüquqlarının müdafiəsi naziri Luay əl-Münəccid, neft və mineral ehtiyatlar naziri Firas Həsən Qəddur və dövlət naziri Əhməd Bustaciyə qarşı tətbiq edilib.
Aİ hesab edir ki, onlar Nazirlər Kabinetinin üzvləri kimi "mülki əhaliyə qarşı repressiyalara görə məsuliyyəti bölüşürlər".
Qeyd edək ki, Suriya üzrə sanksiya siyahısına ümumilikdə 318 nəfər və 86 təşkilat daxildir.
Son xəbərlər
11:24
Anar Bayramov Səhiyyə naziri təyin edilib
Daxili siyasət
11:22
Teymur Musayev Baş nazirin müavini təyin edilib
Daxili siyasət
11:21
AMB valyuta mübadiləsi xidməti göstərən şirkətin vəzifəli şəxsini cərimələyib
Maliyyə
11:18
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Digər
11:17
"MJ Finance" BOKT-un vəzifəli şəxsi cərimələnib
Maliyyə
11:17
"Latsio" İtaliya A Seriyasında tarixinin ən yaxşı startını gerçəkləşdirib
Futbol
11:12
"e-müqavilə" altsistemində süni intellekt əsaslı "RDMİS AI" dəstək köməkçisi istifadəyə verilib
Maliyyə
11:08
"Zirə"nin futbolçusu Elçin Əlicanov Premyer Liqada 100-cü oyununu keçirib
Futbol
11:06
Foto
Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub
Turizm