Aİ Belarusdan olan 26 fiziki, 2 hüquqi şəxsə sanksiya tətbiq edib

Aİ Belarusdan olan 26 fiziki, 2 hüquqi şəxsə sanksiya tətbiq edib Avropa İttifaqı Şurası ölkədəki vəziyyətlə əlaqədar Belarusdan olan 26 fiziki və 2 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Digər ölkələr
16 Dekabr , 2024 16:23
Aİ Belarusdan olan 26 fiziki, 2 hüquqi şəxsə sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Şurası ölkədəki vəziyyətlə əlaqədar Belarusdan olan 26 fiziki və 2 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sanksiyalar Belarus məhkəmə sisteminin müxtəlif üzvlərinə, o cümlədən siyasi motivli hökmlər çıxaran hakimlərə, müxtəlif cəzaçəkmə müəssisələrinin rəisləri və rəis müavinlərinə şamil olunub.

"Bu qərarla sözügedən şəxslərin aktivləri dondurulur, Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait ayırmaq qadağan edilir. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ-yə üzv dövlətlərə daxil olmasına və ya tranzit keçidinə mane olur", - məlumatda qeyd edilib.

Son olaraq diqqətə çatdırılıb ki, Aİ Belarus xalqının yanındadır və onun sülhsevər Avropanın bir hissəsi kimi azad və demokratik, suveren və müstəqil Belarus axtarışını dəstəkləyir.

Qeyd edək ki, Aİ indiyədək ümumilikdə Belarusdan olan 278 fiziki, 39 hüquqi şəxsə sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi