Ağ ev ABŞ və HƏMAS arasında danışıqların keçirildiyini təsdiqləyib

Ağ ev ABŞ və HƏMAS arasında danışıqların keçirildiyini təsdiqləyib Ağ evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun HƏMAS hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib.
Digər ölkələr
6 mart 2025 03:12
Ağ ev ABŞ və HƏMAS arasında danışıqların keçirildiyini təsdiqləyib

Ağ evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun HƏMAS hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livitt brifinqdə bəyan edib.

“Danışıqlar və müzakirələr aparılır. Mən bu əlaqələrin təfərrüatlarını açıqlamayacağam”, – o vurğulayıb.

Onun sözlərinə görə, Prezident Donald Tramp “Amerika xalqının ən yaxşı maraqları naminə bütün dünyada insanlarla dialoqu” dəstəkləyir.

“Bu, İsraillə razılaşdırılıb”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl “Axios” portalı mənbələrə istinadən Tramp administrasiyasının HƏMAS ilə Amerika girovlarının azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs razılaşmasının bağlanması imkanları ilə bağlı qeyri-rəsmi birbaşa danışıqlar apardığını xəbər vermişdi. Trampın girovlar üzrə xüsusi elçisi Adam Beler ilə HƏMAS nümayəndələri arasında görüşlər Dohada keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi