​ABŞ Rusiya vasitəsilə Əfqanıstana yüklərin tranzitini dayandırıb

​ABŞ Rusiya vasitəsilə Əfqanıstana yüklərin tranzitini dayandırıb "ABŞ bir sıra nəqliyyat marşrutlarından, o cümlədən Pakistan ərazisindən keçən quru yollar və digər variantlardan da istifadə edir"
Digər ölkələr
29 May , 2015 10:00
​ABŞ Rusiya vasitəsilə Əfqanıstana yüklərin tranzitini dayandırıb

Bakı. 29 may. REPORT.AZ/ Amerika Birləşmiş Ştatları Rusiya vasitəsilə Əfqanıstana hərbi yüklərin tranzitini dayandırıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Həm bizimlə müqavilə əsasında çalışan kommersiya yük daşıyıcıları, həm də hərbi təyyarələr hazırda Rusiya ərazisindən tranzit yolu kimi istifadə etmir və onun hava məkanı vasitəsilə uçuşları həyata keçirmir", - Pentaqon nümayəndəsi bildirib.

Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, "ABŞ Əfqanıstanda aparılan hərbi əməliyyatlara maddi-texniki dəstəyi göstərmək üçün bir sıra nəqliyyat marşrutlarından, o cümlədən Pakistan ərazisindən keçən quru yollar və digər variantlardan da istifadə edir".

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi Əfqanıstanda gərginliyin artması Rusiya və onun müttəfiqləri üçün təhlükə törətdiyini bildirirdi.

Son xəbərlər

Orphus sistemi