ABŞ-nin dövlət katibi: "Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik” - YENİLƏNİB-2
- 12 oktyabr, 2023
- 08:05
"Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken İsrailə səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, İsrailə ABŞ Prezidenti və xalqı adından çox sadə və aydın bir mesajla getdiyini söyləyib: "İsrail xalqının dayağı var. İsrail xalqı bizi dəstəkləyir. Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”.
A.Blinken bildirib ki, ABŞ İsrailin özünü müdafiə etməsi üçün bütün vasitələrə malik olmasını təmin etməkdə qərarlıdır: "Girovların, o cümlədən ABŞ vətəndaşlarının yerini müəyyən etmək üçün israilli həmkarlarımla işləyəcəyəm və onların azad edilməsi üçün çalışacağam".
Qeyd edək ki Antoni Blinken hazırda İsraildə səfərdədir. O, İsrailin Baş naziri Benyamin Netanyahu, Prezident İsxak Hersoq və digər yüksək vəzifəli rəsmiləi ilə görüşəcək.
11:14
ABŞ-nin dövlət katibi Antoni Blinken İsraildə səfərdədir.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
İsrailin xarici işlər naziri Eli Kohen bu ölkəyə səfərinə və xalqına verdiyi dəstəyə görə ABŞ-nin dövlət katibinə təşəkkür edib.
10:40
ABŞ-nin dövlət katibi Antoni Blinken İsrailə yola düşüb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, İsrail və Fələstin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə bölgədəki vəziyyət əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bundan sonra İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. Bu günədək HƏMAS-ın hücumu nəticəsində 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb.
Nəcməddin Quluzadə