ABŞ-də avtomobil piyadalara çırpılıb, ölən və xəsarət alanlar var
Digər ölkələr
- 08 noyabr, 2025
- 23:23
ABŞ-nin Florida ştatının Tampa şəhərində avtomobilin piyadaları vurması nəticəsində azı dörd nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı yerli polisə istinadən məlumat yayıb.
Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil binaya çırpılıb.
"Xəsarət alanların üçü hadisə yerində, dördüncüsü isə xəstəxanada vəfat edib. Onlardan birinin vəziyyəti kritikdir, digər səkkiz nəfər isə stabil vəziyyətdədir", - polis məlumat verib.
Qeyd olunur ki, yüngül xəsarət alan iki nəfərə yerində tibbi yardım göstərilib.
Polisin məlumatına görə, 22 yaşlı avtomobil sürücüsü Saylas Sempson qəza yerində saxlanılıb, onun küçə yarışlarında iştirak etdiyi bildirilir.
Son xəbərlər
15:42
FIDE-nin vitse-prezidenti: "Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddən artıq böyükdür"
Fərdi15:30
Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-dən çox artırıb
Biznes15:26
Foto
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub - YENİLƏNİB
Xarici siyasət15:24
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək
Digər ölkələr15:24
Bakıda Azad Mirzəcanzadə İnkişaf Proqramının üçüncü dalğasının oriyentasiya günü keçirilib
Biznes15:22
XI Vüqar Həşimov Memorialının püşkatma mərasimi keçirilib
Fərdi15:21
"Neftçi" yeni baş məşqçisini açıqlayıb
Futbol15:18
Foto
Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb
Turizm15:17
Foto