​ABŞ-da Mərkəzi kəşfiyyat idarəsi üçün istintaq metodikalarının müəllifləri məhkəməyə verilib

​ABŞ-da Mərkəzi kəşfiyyat idarəsi üçün istintaq metodikalarının müəllifləri məhkəməyə verilib Vaşinqton federal məhkəməsində MKİ tərəfindən təqsirləndirilən 3 keçmiş məhkumun adından iddia qaldırılıb
Digər ölkələr
14 Oktyabr , 2015 12:57
​ABŞ-da Mərkəzi kəşfiyyat idarəsi üçün istintaq metodikalarının müəllifləri məhkəməyə verilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Amerikanın Vətəndaş Azadlıqlarının qorunması ittifaqı terrorçuluq fəaliyyətində şübhəli bilinən şəxslərlə bağlı Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) üçün sərt dindirilmə üsulları işləyib hazırlayan psixoloqlara qarşı məhkəmədə iddia qaldırıb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

İddiaçıların fikrincə, Ceyms Mitçell və Con Cessonun təqdim etdiyi proqramın kifayət qədər elmi əsası yoxdur, təklif olunan dindirilmə üsullarını isə işgəncə hesab etmək olar.

İddiaçılar qeyd edirlər ki, proqramda döyülmə, suda boğma imitasiyası, yuxu və qidadan məhrum etmə kimi vasitələrdən istifadə nəzərdə tutulub.

Vaşinqton federal məhkəməsində iddia MKİ tərəfindən təqsirləndirilən 3 keçmiş məhkumun adından qaldırılıb.

Onlardan biri - Gül Rahman zirzəmiyə salındıqdan sonra orada ölü tapılmışdı. Həkimlərin dediyinə görə, ölüm bədənin soyuqdan donması səbəbindən baş verib. Digər iki iddiaçı - Süleyman Abdullah Səlim və Mohamed Əhməd bin Səud onlara qarşı heç bir ittiham irəli sürülmədən MKİ-nin həbsxanasında saxlanılıb.

Son xəbərlər

Orphus sistemi