ABŞ-da istehlakçı güvəni indeksi ardıcıl 4-cü ay azalıb
- 22 noyabr, 2023
- 20:41
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-da istehlakçı güvəni indeksi noyabrda bir ay əvvəlki 63,8 bənddən 61,3 bəndə düşüb.
“Report” “İnterfaks”a xəbər verir ki, bu barədə müvafiq göstəriciləri hesablayan Miçiqan Universitetinin yekun hesabatında deyilir.
Bununla da göstərici ardıcıl dördüncü ay azalıb. Özü də noyabr göstəricisi may ayından bəri ən aşağı rəqəmdir.
Amerika istehlakçılarının cari maliyyə vəziyyətinə münasibət subindeksi noyabrda azalaraq 68,3 bəndə düşüb. Bir ay əvvəl bu göstərici 70,6 bənd təşkil edirdi.
Əhali arasında ortamüddətli (gələn il üçün) inflyasiya gözləntiləri noyabrda aprel ayından bu yana ən yüksək səviyyəyə yüksəlib 4,5% təşkil edib. Uzunmüddətli (5 il) inflyasiya təxmini son dəfə 2011-ci ildə qeydə alınan səviyyəyə - 3,2 %-ə çatıb.