11 sentyabr terrorunda şübhəli bilinənlər edamdan yayına bilərlər

11 sentyabr terrorunda şübhəli bilinənlər edamdan yayına bilərlər Sentyabrın 11-də Nyu-Yorkda terror aktı törətməkdə şübhəli bilinən üç nəfərin ölüm cəzasından yayınmaq şansı var, çünki apellyasiya məhkəməsi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin məhkəməyə qədərki razılaşmanı ləğv etmək əmrini təmin etməyib.
Digər ölkələr
1 Yanvar , 2025 03:44
11 sentyabr terrorunda şübhəli bilinənlər edamdan yayına bilərlər

Sentyabrın 11-də Nyu-Yorkda terror aktı törətməkdə şübhəli bilinən üç nəfərin ölüm cəzasından yayınmaq şansı var, çünki apellyasiya məhkəməsi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin məhkəməyə qədərki razılaşmanı ləğv etmək əmrini təmin etməyib.

“Report” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məhkəmə prokurorlarla təqsirləndirilən şəxslər - Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Həvsəvi arasında əldə olunmuş və müttəhimlərə ölüm hökmlərinin ömürlük həbslə əvəzlənməsi müqabilində təqsirli olduqlarını etiraf etməyə imkan verən məhkəməyə qədərki razılaşmanı ləğv edib.

Müdafiə naziri müvafiq razılaşmaları ləğv etməyə müvəffəq olmayıb və bu, qarşıdakı məhkəmə iclasında təqsirləndirilən şəxslərin günahını etiraf etməsi üçün qapı açır. Ostinin hələ də bu məhkəmə qərarına etiraz etmək şansı var.

Son xəbərlər

Orphus sistemi