Makedoniya prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib

Makedoniya prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib Konfransda martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində duran məsələlər müzakirə olunub
Diaspor
8 Fevral , 2016 19:11
Makedoniya prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib

Bakı. 8 fevral. REPORT.AZ/ Makedoniya Respublikasının paytaxtı Skopyedə “Sivilizasiyalararası dialoq-qarşıdakı yol” mövzusunda konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Sivilizasiyalar Alyansı Fondunun təşkilatçılığı ilə keçirilən konfransda Makedoniya Respublikasının Prezidenti George İvanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT-nin Sivilizasiyalar Alyansının Makedoniyadakı xüsusi elçisi Darko Kostadinovski, Skopye Universitetinin professoru Zoran İlievski çıxış ediblər.

Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində duran məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi