Zabux məktəbində şagirdlər üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib
- 17 fevral, 2026
- 14:26
Laçın rayonunun Zabux kəndində şəhid Ədalət Məmmədov adına tam orta məktəbdə sakinlər və şagirdlər üçün mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) "X" sosial media hesabında paylaşım edilib.
ANAMA-nın əməkdaşı təlim zamanı şagirdlərlə "Təhlükəli ərazi nədir?", "Təhlükəli əraziləri necə tanımaq olar?", "Naməlum əşya gördükdə nə etmək lazımdır?" və s. suallar ətrafında müzakirələr aparıb və onların fikirlərini öyrənib.
Eyni zamanda şagirdlərə təhlükəli maddələr, partladıcılar və minalar barədə də məlumatlar verilib. Onlara dərsliklər və metodik vasitələr paylanıb.
A mine risk awareness event was held at Zabux school
— Qaçqın,Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi (@idpgovaz) February 17, 2026
Within the framework of the “Great Return” program to the territories liberated from occupation, awareness activities are being expanded to ensure the safety of residents and to combat mine threats. pic.twitter.com/qmidW0G7HS