YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub - SİYAHI

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub - SİYAHI Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.
Daxili siyasət
2360
28 Yanvar , 2022 20:00
 YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub - SİYAHI
0 : 00
0 : 00

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

“Report”un xəbərinə görə, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayından partiyanın Bakı şəhəri üzrə təşkilatlarının sədrləri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

    Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub:

    Hüseynov Ramiz Ağəli oğlu - YAP Sumqayıt şəhər təşkilatı
    Əliyev Abbas İslam oğlu - YAP Abşeron rayon təşkilatı
    Quliyev Ayaz Sərvər oğlu - YAP Xızı rayon təşkilatı
    Abdullayev Füzuli Tahir oğlu - YAP Ağsu rayon təşkilatı
    Muradov Zaur Fazil oğlu - YAP İsmayıllı rayon təşkilatı
    Qasımov Qasım Nurməhəmməd oğlu - YAP Qobustan rayon təşkilatı
    Qasımlı Tural Şahnəzər oğlu - YAP Şamaxı rayon təşkilatı
    Orucov Ramil Mayıl oğlu - YAP Gəncə şəhər təşkilatı
    Heydərov Rövlan Nəsib oğlu - YAP Naftalan şəhər təşkilatı
    Yolçuyev Meydanəli Binəli oğlu - YAP Daşkəsən rayon təşkilatı
    İsmayılov Elçin Şəmil oğlu - YAP Goranboy rayon təşkilatı
    İsayev Vüqar Sabir oğlu - YAP Göygöl rayon təşkilatı
    Bayramov Gündüz Çankay oğlu - YAP Samux rayon təşkilatı
    Əhmədov Rövşən Nağı oğlu - YAP Ağcabədi rayon təşkilatı
    Quliyev Mansur Söhbət oğlu - YAP Ağdam rayon təşkilatı
    Şadlinskaya Faqət Nəcəb qızı - YAP Bərdə rayon təşkilatı
    Həşimova Almaz Ələkbər qızı - YAP Füzuli rayon təşkilatı
    Əliyev Vahid Surxay oğlu - YAP Xocalı rayon təşkilatı
    Hüseynov Vüsal Cavay oğlu - YAP Xocavənd rayon təşkilatı
    Əliyev Təvəkkül Böyükkişi oğlu - YAP Şuşa rayon təşkilatı
    Əsədov Eldar Garay oğlu - YAP Tərtər rayon təşkilatı
    Hacıyev Etibar Cəfər oğlu - YAP Ağstafa rayon təşkilatı
    Nağıyev Rüstəm Vaqif oğlu - YAP Gədəbəy rayon təşkilatı
    Nəbiyev Anar Telman oğlu - YAP Qazax rayon təşkilatı
    Vəliyev Fəxrəddin Vəli oğlu - YAP Şəmkir rayon təşkilatı
    Pənahov Nihad Məmmədtağı oğlu - YAP Tovuz rayon təşkilatı
    Balaqadaşov Məhəmməd Müslüm oğlu - YAP Xaçmaz rayon təşkilatı
    Nəbizadə Fidan Nizami qızı - YAP Quba rayon təşkilatı
    İbramxəlilov David Nurəddin oğlu - YAP Qusar rayon təşkilatı
    Baxşıyev Samir Vadim oğlu - YAP Siyəzən rayon təşkilatı
    Balabəyov Mehdi Eyyub oğlu - YAP Şabran rayon təşkilatı
    Cəfərov Həbib Zərxan oğlu - YAP Astara rayon təşkilatı
    Mirxaslı Mirsüleyman Mirismayıl oğlu - YAP Cəlilabad rayon təşkilatı
    Mirzəyev Malik Soltanağa oğlu - YAP Lerik rayon təşkilatı
    Əmənullayev İqbal Qabil oğlu - YAP Lənkəran şəhər təşkilatı
    Əliyev Seyfəddin Abusət oğlu - YAP Masallı rayon təşkilatı
    Alışov Anar Xalıq oğlu - YAP Yardımlı rayon təşkilatı
    Yusubov Cavanşir Nəriman oğlu - YAP Mingəçevir şəhər təşkilatı
    Rəcəbov Əlişah Rəcəb oğlu - YAP Ağdaş rayon təşkilatı
    Şükürov Sahib Yunis oğlu - YAP Göyçay rayon təşkilatı
    Cəbrayılov Ayaz Akif oğlu - YAP Kürdəmir rayon təşkilatı
    Abdullayeva Şəhla Əhməd qızı - YAP Ucar rayon təşkilatı
    Əliyev Rafiq Vaqif oğlu - YAP Yevlax rayon təşkilatı
    Əliyev İlkin Böyükağa oğlu - YAP Zərdab rayon təşkilatı
    Səfərov Müşfiq Arzuman oğlu - YAP Beyləqan rayon təşkilatı
    Ağayev Səfa Malik oğlu - İmişli rayon təşkilatı
    Şıxəliyev Lütvəli İbrahim oğlu - YAP Saatlı rayon təşkilatı
    Rüstəmov Varis Rüstəm oğlu - YAP Sabirabad rayon təşkilatı
    Balayev Azad Rizvan oğlu - YAP Balakən rayon təşkilatı
    Allahverdiyev Natiq Şükür oğlu - YAP Qax rayon təşkilatı
    Ağasəfov Abil Adil oğlu - YAP Qəbələ rayon təşkilatı
    Məhərrəmov Saleh Calal oğlu - YAP Oğuz rayon təşkilatı
    Mikayılov Daşqın Gündüz oğlu - YAP Şəki şəhər təşkilatı
    Qurbanov Habil Qurban oğlu - YAP Zaqatala rayon təşkilatı
    Fərzəliyev Arif Aydın oğlu - YAP Cəbrayıl rayon təşkilatı
    Misirov Həbib Məhərrəm oğlu - YAP Kəlbəcər rayon təşkilatı
    Rüstəmov Təhmasib İbrahimxəlil oğlu - YAP Qubadlı rayon təşkilatı
    İlyasov İlqar Süleyman oğlu - YAP Laçın rayon təşkilatı
    Quluzadə Natiq Qurban oğlu - YAP Zəngilan rayon təşkilatı
    Qəhrəmanov Zahir Məmmədyar oğlu - YAP Şirvan şəhər təşkilatı
    Qurbanlı Kamil Məhəmməd oğlu - YAP Biləsuvar rayon təşkilatı
    Əmirəslanov Elnur Mehman oğlu - YAP Hacıqabul rayon təşkilatı
    Fərzəliyev Ülvi Cəlil oğlu - YAP Neftçala rayon təşkilatı
    Əhmədov Elmar Ağakişi oğlu - YAP Salyan rayon təşkilatı

    YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

    İclasda həmçinin, YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.

    Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

    İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

    İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

    17:11

    Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

    “Report”un xəbərinə görə, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

    İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

    Onların bir neçəsinin adlarını təqdim edirik:

    Gəncə şəhər təşkilatı - Ramil Orucov

    Sumqayıt şəhər təşkilatı - Ramiz Hüseynov

    Ucar rayon təşkilatı - Şəhla Abdullayeva

    Ağdaş rayon təşkilatı - Əlişah Rəcəbov

    Salyan rayon təşkilatı - Elmar Əhmədov

    Göyçay rayon təşkilatı - Sahib Şükürov

    Daşkəsən rayon təşkilatı - Meydanəli Yolçuyev

    Qəbələ rayon təşkilatı - Abil Ağasəfov

    Oğuz rayon təşkilatı - Saleh Məhərrəmov

    Sabirabad rayon təşkilatı - Varis Rüstəmov

    Yevlax rayon təşkilatı - Rafiq Əliyev

    Xocalı rayon təşkilatı – Vahid Əliyev

    Qeyd edək ki, YAP-ın Gəncə şəhər təşkilatının sədri deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri isə deputat Cavid Osmanov idi.

    Son xəbərlər

    Orphus sistemi