Təzəbinə və Seyidbəyliyə yola salınan ailələr Xocalıya çatıb, açarlar təqdim edilib – YENİLƏNİB

Daxili siyasət
  • 16 dekabr, 2025
  • 14:07
Təzəbinə və Seyidbəyliyə yola salınan ailələr Xocalıya çatıb, açarlar təqdim edilib – YENİLƏNİB

Təzəbinə və Seyidbəyli kəndlərinə yola salınan ailələr Xocalı şəhərinə çatıblar, mənzillərin açarları təqdim olunub.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, qarşılanma və açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Mərasimdən sonra Təzəbinə və Seyidbəylidə məskunlaşacaq ailələr həmin kəndlərə yola salınıb.

Qeyd edək ki, bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyliyə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə ayrılıqda 10 ailə (müvafiq olaraq 44 və 41 nəfər) köçürülür.

Qeyd olunan kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyliyə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti