Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində işğaldan azad edilmiş ərazilərdə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 118 saylı Ağdam-Xocalı - 25,85 faiz (15 min 890), 119 saylı Ağdam - 26,33 faiz (15 min 899), 120 saylı Cəbrayıl-Qubadlı -27,28 faiz (15 min 359), 121 saylı Laçın - 23,85 faiz (14 min 676), 122 saylı Xankəndi - 32,6 faiz (2 182), 123 saylı Kəlbəcər - 25,7 faiz (15 min 538), 124 saylı Şuşa-Ağdam-Xocavənd - 25,74 faiz (13 min 810), 125 saylı Zəngilan-Qubadlı - 28,2 faiz (16 min 821) seçici səs verib.