Təyyarə qəzasında həlak olan Balakən sakinləri dəfn olunub - YENİLƏNİB

Təyyarə qəzasında həlak olan Balakən sakinləri dəfn olunub - YENİLƏNİB Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərin nəşləri ailələrinə təhvil verilib.
Daxili siyasət
29 Dekabr , 2024 14:21
Təyyarə qəzasında həlak olan Balakən sakinləri dəfn olunub - YENİLƏNİB

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakinləri dəfn olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəzada həlak olan Balakən rayonunun Meşəşambul kənd sakini, 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazova, Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçov, Yeni Şərif kənd sakini, 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamova, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarov, Şambul kənd sakini, 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini, 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyev yaşadıqları kəndlərin qəbiristanlıqlarında dəfn olunublar.

Dəfn mərasimlərində həlak olanların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:19

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan yeddi nəfərin nəşi Balakən rayonuna gətirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini, 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazova, Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçovun, Yeni Şərif kənd sakini, 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamova, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarov, Şambul kənd sakini, 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyevin nəşi bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 9-u qəza zamanı həyatını itirib. Qəzada həlak olan Balakən rayonunun Şərif kənd sakini, 1998-ci il təvəllüdlü Ramazan Filiyev dekabrın 27-də dəfn olunub.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi