I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov Suraxanıda dəfn olunub - YENİLƏNİB - VİDEO

I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov Suraxanıda dəfn olunub - YENİLƏNİB - VİDEO Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Hüseynov dəfn olunub.
Daxili siyasət
18 aprel 2025 11:46
I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov Suraxanıda dəfn olunub - YENİLƏNİB - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Hüseynov dəfn olunub.

“Report”un məlumatına görə, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

11:02

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynovla vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi