Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Cavid Ələkbərov dəfn edilib - YENİLƏNİB

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Cavid Ələkbərov dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavid Fazil oğlu Ələkbərovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
Daxili siyasət
23 May , 2024 12:19
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Cavid Ələkbərov dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavid Fazil oğlu Ələkbərovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Qubadlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:02

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavid Fazil oğlu Ələkbərovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Cavid Fazil oğlu Ələkbərov 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. O, 1994-cü il fevralın 17-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

C.Ələkbərov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi