Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2
- 07 may, 2024
- 12:02
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi Qəmərvan kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
15:47
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Qəmərvan kənd qəbiristanlığına aparılır.
15:19
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Səfərov Asim Nadir oğlu 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.
A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.