Sağlamlıq məhdudiyyətli qadınların inkişafı və peşə təhsilinə dəstək layihəsi həyata keçirilib 

Sağlamlıq məhdudiyyətli qadınların inkişafı və peşə təhsilinə dəstək layihəsi həyata keçirilib  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən "Sağlamlıq imkanları məhdud qadınların peşə təhsilinə dəstək" layihəsi həyata keçirilib.
Daxili siyasət
30 İyul , 2024 11:55
Sağlamlıq məhdudiyyətli qadınların inkişafı və peşə təhsilinə dəstək layihəsi həyata keçirilib 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən "Sağlamlıq imkanları məhdud qadınların peşə təhsilinə dəstək" layihəsi həyata keçirilib.

Bu barədə "Report"a Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.

STM-nin də müəyyən təşkilati dəstəyi ilə cəmiyyətin həssas sosial təbəqəsinin inkişafına xidmət edən layihə 16-20 iyul tarixlərində ümumilikdə 12 saatdan ibarət proqramdan ibarət olub.

İki hissədən ibarət olan layihə müddətində qadınlar dekorativ tətbiqi sənət (ev dekorları, yaradıcı materialların və s. hazırlanması) və dizayn nümunələri (sertifikat, məlumat kitabçaları, CV və s.) hazırlanması işlərini öyrənib. Artıq layihə iştirakçıları öyrəndikləri biliklər sayəsində öz bacarıqlarını istədikləri zaman biznes məhsuluna çevirərək fəal iqtisadi geridönüş qazanmaqla davamlı inkişaf imkanına nail ola biləcəklər.

Həmin şəxslərin hazırladıqları əl işlərini nümayiş etdirən onlayn səhifələrin yaradılmasına bloqçular tərəfindən dəstək göstərilməsi nəzərdə tutulub.

Yekun olaraq, layihənin bağlanış mərasimində iştirakçılarla bərabər, vətəndaş cəmiyyəti təşkilatlarının sədrləri və fəal ictimai şəxslər iştirak edib. İştirakçıların əl işlərindən ibarət kiçik sərgi təşkil edilməklə, onlara təlimləri uğurla bitirmələri ilə bağlı sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi