Sabirabadda Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Sabirabadda Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib Sabirabad rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı tarixi soyqırımı kimi qiymətləndirməsi" adlı anım tədbiri keçirilib.
Daxili siyasət
24 Fevral , 2023 19:53
Sabirabadda Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı tarixi soyqırımı kimi qiymətləndirməsi" adlı anım tədbiri keçirilib.

"Report"un məlumatına görə, tədbirdə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində baş vermiş faciənin canlı şahidi, məcburi köçkün Afrail İsgəndərov, Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları , S.Vurğun adına şəhər 3 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

İlk öncə Xocalı qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildirib ki, Xocalı Soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: Xocalı Soyqırımı - insanlığa qarşı cinayət, Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş təzahürüdür.

Xocalı şəhərindən məcburi köçkün Afrail İsgəndərov bildirib ki, 1989-cu ildə onun ailəsi Özbəkistandan Xocalı şəhərinə pənah gətiriblər. O qanlı faciə günü ermənilər ailəsini əsir almış, işgəncələrə məruz qalıblar.

Afrail İsgəndərov həmin gecə ermənilər tərəfindən xalqımıza qarşı törədilən vəhşilikdən danışıb.

Tədbirin sonunda "Xocalı 26 fevral" qısametrajlı film izlənilib və Mərkəzdə təşkil olunan Xocalı Soyqırımına həsr olunan sərgiyə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi