Qərbi Azərbaycana qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək

Qərbi Azərbaycana qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək "Qərbi Azərbaycana qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir".
Daxili siyasət
26 Yanvar , 2023 16:50
Qərbi Azərbaycana qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək

Qərbi Azərbaycana qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək.

"Report"un xəbərinə görə, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında bildirilib.

Qeyd edilib ki, Qərbi Azərbaycana qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir.

"Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək", - sənəddə vurğulanıb.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilən iclasında “Qayıdış Konsepsiyası”nın layihəsi təsdiq edilib. "Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan “Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi