Milli Kitabxanada Anım Günü ilə bağlı virtual sərgi açılıb
- 27 sentyabr, 2026
- 16:30
Milli Kitabxanada "27 sentyabr – Azərbaycan Respublikasıının Anım Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
"Report" bu barədə Milli Kitabxanaya istinadən xəbər verir.
Sərgilərdə qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, mərd, cəsur, qeyrətli Vətən oğullarının – qəhrəmanların sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.