Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə
  • 27 sentyabr, 2026
  • 22:37
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​

Sürücü Pərviz Hüseynovun idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil ötmə əməliyyatı zamanı "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes" idarəetmədən çıxaraq aşıb.

​Hadisə zamanı "Mercedes"in sürücüsü İsmayıl Bayramov və avtomaşında olan sərnişinlər müxtəlif xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb.