Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək

Daxili siyasət
  • 14 iyun, 2023
  • 11:52
Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək
İlham Əliyev

Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.