Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb

Daxili siyasət
  • 28 may, 2025
  • 09:18
Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb

Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib:

"Laçın şəhərində turistik səfərlər üçün müddət 7 gündür. Biz artıq dəfnlərə də icazə veririk. Hətta digər ərazilərdə məskunlaşmış sakinlərimiz də gəlib öz ölülərini burada dəfn edə bilirlər".

Bundan başqa, 30-31 mayda Bəylik kəndinə sakinlərin növbəti köçü başa çatacaq.

H.Quliyev əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında travmay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı opbyektlərin tikilməsi planlaşdırılır:

"Eyni zamanda Laçında Həkəri bulvarı mövcuddur. Onun uzunluğu 2 kilometrə çatır". 

Son xəbərlər

Bütün Xəbər Lenti