Laçına qayıdan keçmiş məcburi köçkün: Bundan böyük sevinc ola bilməz
Daxili siyasət
- 17 dekabr, 2025
- 06:45
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, Ali Baş Komandanımıza cansağlığı versin. Bu günümüzə şükür edirəm.
"Report" xəbər verir ki, bunu Laçına köç edən Famil İsmayılov jurnalistlərə açıqlamasında deyib.
F. İsmayılov doğma yurda qayıtmalarının səbəbkarları olan şəhidlərin valideynlərinə ehtiramını bildirib:
"İllər sonra Laçına qayıdıram, bundan böyük sevinc ola bilməz. Bizə bu sevinci yaşadan şəhidlərimizin valideynlərinə, yaxınlarına səbir arzulayır, onların ruhu qarşısında baş əyirəm".
Digər Laçın sakini Camal Adıgözəlov isə məcburi köçkün düşəndə 37 yaşı olduğunu bildirib: "İndi 70 yaşım var. Bu günə şükür ki, öz rayonuma qayıdıram".
C. Adıgözəlov da şəhidlərin ruhuna ehtiramını bildirib, qazilərə cansağlığı arzulayıb.
Son xəbərlər
07:39
ABŞ Venesuela nefti daşıyan onlarla tankeri ələ keçirmək niyyətindədir
Digər ölkələr07:13
Çin cari ilin ilk kosmik buraxılışını həyata keçirib
Digər ölkələr06:31
Yaponiyada qızılın qiyməti rekord dərəcədə bahalaşıb
Maliyyə06:08
Rostov-na-Donu şəhərindəki çoxmənzilli binalar hava hücumundan zərər görüb
Digər ölkələr05:48
Venesuelanın müvəqqəti hökuməti Amerika vətəndaşlarını azadlığa buraxıb
Digər ölkələr05:13
ABŞ "Havana sindromu" yaradan cihaz əldə edib
Sağlamlıq04:48
Fransa Olimpiya iştirakçılarının baqaj yoxlanışına icazə verib
İdman04:06
Kiyev qaranlığa qərq olub
Digər ölkələr03:50