Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.
Daxili siyasət
26 Dekabr , 2024 18:58
Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.

Bu barədə "Report"a Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.

Bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Yusifov Elşən Ələddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

V.Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə, E.Yusifovun isə xuliqanlıq və qanunsuz olaraq odlu silah saxlama cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Gürcüstan ərazisində saxlanılan E.Yusifov və Vüsal Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Son xəbərlər

Orphus sistemi