Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığında, "ekologiya postu" adlanan ərazinin arxasındakı yaşıllıq sahədə ağacların yanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bunu "Report"un sorğusuna cavab olaraq Xidmət rəsmisi Asif Məcidov bildirib.
O qeyd edib ki, əraziyə baxış keçirilib və faktla bağlı akt tərtib edilib. Yanğının səbəblərinin müəyyənləşdirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə sənədlər Fövqəladə Hallar Nazirliyinin Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilib.
Xidmət rəsmisi qeyd edib ki, sözügedən ərazidə əvvəlki illərdə də yanğın hadisəsi baş verib, akt tərtib olunaraq təbiətə dəyən ziyan hesablanıb və sənədlər aidiyyəti qurumlara göndərilib.