Əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB-3
- 23 sentyabr, 2026
- 16:34
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrası başa çatıb.
"Report"un xəbərinə görə, Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunub.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
"Report" xəbər verir ki, müəssisədən Pakistan vətəndaşı olan 1 qadın azadlığa buraxılıb.
O, əfvə düşən yeganə qadın məhbusdur.
Qeyd edək ki, bu gün imzalanan əfv sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra edilib.
"Report" xəbər verir ki, bu müəssisələrdən 4 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.
Qeyd edək ki, bu gün imzalanan Əfv Sərəncamı ümumilikdə 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.
"Report"un xəbərinə görə, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.
Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.