Daha 30 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-3

Daha 30 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-3 Bu gün Füzuli şəhərinə növbəti köç olacaq.
Daxili siyasət
26 Yanvar , 2024 13:05
Daha 30 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-3

Füzuli şəhərinə köçən daha 30 ailəyə (104 nəfər) evlərinin açarları təqdim edilib.

"Report" xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Bununla da Füzuli şəhərində 500 ailə olmaqla, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

12:35

Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınan 30 ailədən ibarət növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bu gün Füzuliyə 104 nəfər keçmiş məcburi köçkün qayıdıb.

06:40

Bu gün Füzuli şəhərinə növbəti köç başlayıb.

“Report” xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınıb.

Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Yanvarın 24-də ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub.

Bununla da 470-ə yaxın ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin olunub.

06:00

Bu gün Füzuli şəhərinə növbəti köç olacaq.

“Report” xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınacaq.

Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Yanvarın 24-də ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub.

Yurda qayıdan 30 ailəyə (125 nəfər) mənzillərin açarları təqdim edilib. Bununla da 470-ə yaxın ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin olunub.

Müxbirlər: Aysel Aslan, Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi