Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident
Qeyd edək ki, B.Eyyubov 1951-ci il martın 10-da Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olub. 1998-ci il dekabrın 26-da "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 2003-cü il iyunun 2-də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub. 2010-cu il avqustun 21-də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Eyni zamanda Prezident İlham Əliyevin 2013-cü ilin dekabrında imzaladığı sərəncamla B.Eyyubova general-polkovnik hərbi rütbəsi verilib.