Bakıda "Həbsxanalarda təhlükəsizlik məsələləri ilə bağlı təcrübənin bölüşməsi" mövzusunda seminar keçirilir

Bakıda "Həbsxanalarda təhlükəsizlik məsələləri ilə bağlı təcrübənin bölüşməsi" mövzusunda seminar keçirilir Tədbir BQXK-nın Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub
Daxili siyasət
6 Oktyabr , 2016 13:04
Bakıda Həbsxanalarda təhlükəsizlik məsələləri ilə bağlı təcrübənin bölüşməsi mövzusunda seminar keçirilir

Bakı. 6 oktyabr. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "Həbsxanalarda təhlükəsizlik məsələləri ilə bağlı təcrübənin bölüşməsi" mövzusunda seminar keçirilir.

BQXK-nın Azərbaycandakı Nümayəndəliyindən "Report"a verilən məlumata görə, Penitensiar Xidmətin məhbusların idarə olunmasında və təhlükəsizlik məsələləri ilə məşğul olan orta rütbəli 15 əməkdaşı və Ədliyyə Akademiyasının təlimçiləri müvafiq beynəlxalq standartlar barədə biliklərini artırmaq və təcrübələrini bölüşmək üçün tədbirə qatılırlar. 

"Biz bu tədbiri qiymətləndiririk və təlimçi milli ekspertlərin Ədliyyə Akademiyasında keçirilən ixtisasa buraxılış və ixtisası artırma kurslarına gələcəkdə cəlb edilməsi nəzərdə tutulur”, - deyə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov bildirib.

Penitensiar Xidmətin rəis müavini, general-mayor Hüseyn Əlixanov BQXK və Penitensiar Xidmət arasındakı əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusilə vurğulayıb. 

Azərbaycanda ilk dəfə təşkil olunan kurs Ədliyyə Akademiyasında keçirilir. 

Azərbaycan hökuməti və BQXK arasında imzalanmış sazişə əsasən, təşkilatın nümayəndələri Bakıda və Azərbaycanın müxtəlif regionlarında yerləşən saxlanma yerlərinə başçəkmələr həyata keçirirlər.

Tədbir iki gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi