ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib Prezident İlham Əliyev “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci
Daxili siyasət
332
21 İyun , 2021 14:17
ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib

Prezident İlham Əliyev “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Prezidentin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, dəyişikliklə dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib.

Belə ki, siyahıya Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlavə edilib.

Son xəbərlər

Orphus sistemi