Azərbaycan Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı keçirilib.
"Report" xəbər verir ki, təqdimat çərçivəsində “Azərbaycanda beyin mərkəzləri, onların qarşısında duran məsələlər və Beyin Mərkəzlərinin Platformasının rolu” mövzusunda sessiya baş tutub.
Sessiyada Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov, deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, deputat, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun (IDD) direktoru Fariz İsmayılzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, sözügedən platformanın yaradılmasında məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması, dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiya və əməkdaşlığın qurulmasını təmin etməkdir.
Foto: Vüqar Xanlarov