Azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib

Daxili siyasət
  • 22 dekabr, 2025
  • 15:00
Azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı əsasında azadlığa buraxılan Türkiyə vətəndaşı Zəfər Sayki Azərbaycanın dövlət başçısına təşəkkür edib.

"Report"un yerli bürosu xəbər verir ki, o, Naxçıvanda amnistiya aktının icrası zamanı jurnalistlərə açıqlamasında deyib ki, bu qərar bayram ərəfəsində ailəsini sevindirdi.

"Azərbaycan Prezidenti İlham Əliyevə amnistiya təşəbbüsünə görə dərin təşəkkürümü bildirirəm. Bayram ərəfəsində ailəmizi sevindirdiyi, bizi doğmalarımıza qovuşdurduğu üçün dövlət başçısına minnətdarlığımı ifadə edirəm. Biz, həqiqətən də, "Bir millət, iki dövlətik!" Qardaşlığımızı bu dəfə də əyani şəkildə gördük. Azərbaycan Prezidentinə bir daha təşəkkür edirəm ki, ailəmizə qovuşmağı bizə nəsib etdi", - Zəfər Sayki bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktının Naxçıvanda icrasına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti