Türkiyə parlamentinin vitse-spikeri: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"

Türkiyə parlamentinin vitse-spikeri: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir" Türkiyə və Azərbaycan qardaş ölkədir. Azərbaycanın inkişafı bizi çox sevindirir.
Qarabağ
12 İyun , 2019 12:09
Türkiyə parlamentinin vitse-spikeri: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

"Türkiyə və Azərbaycan qardaş ölkədir. Azərbaycanın inkişafı bizi çox sevindirir".

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

TBMM-nin vitse-spikeri qeyd edib ki, heç bir dövlət dünyada baş verən proseslərdən kənarda qala bilməz: "Terrorla ciddi mübarizə aparmaq üçün ortaq mövqe olmalıdır. Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Avropada islamafobiya ortaya çıxır. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələ şiddətlənmədən qarşısı alınmalıdır. İnanıram ki, Bakı Parlament Platforması bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcək".

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyir: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır".

Son xəbərlər

Orphus sistemi