Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir.
Qarabağ
2 Dekabr , 2019 13:11
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir".

"Report" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. 

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bundan sonra da həm ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik", - açıqlamada deyilib.

Son xəbərlər

Orphus sistemi