“Qaçqınkom” sədri BMT-yə müraciət edib

“Qaçqınkom” sədri BMT-yə müraciət edib Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Rövşən Rzayev BMT-yə müraciət edib.
Qarabağ
20 İyun , 2019 16:13
“Qaçqınkom” sədri BMT-yə müraciət edib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev / Report / Elchin Murad

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Rövşən Rzayev BMT-yə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə o, Bakıda Ümumdünya Qaçqınlar Günü münasibəti ilə keçirilən tədbirdə fikir səsləndirib.

Dövlət Komitəsinin sədri müraciətində Ermənistanı öz işğal siyasətindən əl çəkməyə çağırıb: “Mən BMT-nin bütün qurumlarına müraciət edərək bildirmək istəyirəm ki, biz BMT-nin 4 qətnaməsinin mexanizmini araşdırmalıyıq. İşğalçı Ermənistan öz işğal siyasətindən əl çəkməlidir. Biz işğalçılara və onlara dəstək verənlərə səslənməliyik. Çünki hər bir insanın layiqli həyat yaşamaq hüququ var”.

R.Rzayev bildirib ki, münaqişə siyasi həllini tapmasa da, köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır və bunun üçün bütün imkanlardan istifadə olunur: “Azərbaycanda və dünyada olan qaçqınlara dəstək var. Amma bu dəstək, təbii ki, kifayət deyil. Çünki onlar bütün keçmişlərini itiriblər və gələcəkləri şübhə altındadır. Azərbaycanda bu günə qədər 300 mindən çox məcburi köçkün evlə təmin olunub, mənzil şəraiti yaxşılaşdırılıb. Azərbaycanda məcburi köçkünlərlə bağlı nümunəvi addımlar atılır”.

Son xəbərlər

Orphus sistemi